DÜNYA » SİYASƏT
13 İyun 2019, 10:39 (GMT +4)

Yaponiya baş naziri Ayətullah Xamenei ilə görüşüb (FOTO)

Bakı, 13 iyun, SalamNews, B.Samid. Yaponiya baş naziri Şinzo Abe İrana səfəri çərçivəsində İslam İnqilabının Ali lideri Ayətullah Xamenei ilə görüşüb.

SalamNews bu barədə khamenei.ir-ə istinadla xəbər verir.

Bildirilib ki, tərəflər görüş zamanı region məsələlərini, xüsusilə də nüvə sazişinin son vəziyyəti və Tehran-Vaşinqton arasındakı gərginliyi müzakirə ediblər.

Qeyd edək ki, Yaponiya baş naziri ötən günkü mətbuat konfransında Ayətullah Xameneinin kütləvi qırğın silahının istehsalının haram olması fətvasını alqışlamışdı.