AZƏRBAYCAN » İQTİSADİYYAT
03 İyun 2019, 16:23 (GMT +4)

"Dövlət Aqrar Ticarət Şirkəti" fermerlərə müraciət edib

Bakı, 3 iyun, SalamNews.Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Dövlət Aqrar Ticarət Şirkəti" MMC fermerlərə müraciət edib.

SalamNews-un məlumatına görə, "Dövlət Aqrar Ticarət Şirkəti"nin rəhbəri Leyla Məmmədova bildirib ki, şirkət yerli istehsalçıları Azərbaycanın regionlarında keçirilən yarmarkalarda özünün istehsal etdiyi məhsullarla iştirak etməyə çağırıb.

O bildirib ki, bu yarmarkalarda iştirak etməkdə maraqlı olan fermerlər bölgələrdəki Dövlət Aqrar İnkişaf Mərkəzlərinə müraciət edə bilərlər.

O qeyd edib ki, yarmarkada iştirak etmək istəyən fermerlər "Dövlət Aqrar Ticarət Şirkəti"nin rəsmi saytı vasitəsilə (https://agrotrade.gov.az/az/fair) və ya 050 400 88 99 nömrəsinə zəng etməklə qeydiyyatdan keçə bilər. Bundan başqa fermerlər öz rayonunda yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzinə də müraciət edə bilərlər.