DÜNYA » SİYASƏT
21 May 2019, 12:03 (GMT +4)

Maduro Venesuelada növbədənkənar parlament seçkiləri keçirməyə çağırıb

Bakı, 21 may, SalamNews. Venesuela prezidenti Nikolas Maduro müxalifətin nəzarətində olan parlamentdə erkən seçkilərin keçirilməsini təklif edib.

SalamNews xəbər verir ki, Venesuelanın hakim Birlik Sosialist Partiyasının nümayəndələri, prezident seçkilərində Maduronun qalibiyyətinin ilk ildönümünə həsr edilmiş mitinq keçirib.

Aksiya iştirakçıları Karakas şəhərindəki Miraflores meydanında prezident sarayının qarşısında toplanıb. Onlar ölkədə böhrana səbəb olan müxalifət parlamentinin tərkibini yeniləməyi tələb ediblər.

"Seçki keçirək və son beş ildə qanuni olmayan bir qurumu legitimləşdirək. Gəlin parlamentdə növbədənkənar seçkilər keçirək", -Maduro mitinqdə tərəfdarları qarşısında çıxış edərkən deyib.