DÜNYA » AVTOİDMAN
21 May 2019, 13:21 (GMT +4)

Formula 1 üzrə üçqat dünya çempionu Niki Lauda vəfat edib

Bakı, 21 may, SalamNews. Formula 1 üzrə sabiq üçqat dünya çempionu Niki Lauda vəfat edib.

SalamNews xəbər verir ki, N.Lauda mayın 20-də 71 yaşında dünyasını dəyişib.

Niki Lauda 1985-ci ildə karyerasını bitirdikdən sonra idman meneceri, RTL telekanalının Almaniya üzrə icmalçısı, Formula 1 üzrə "Mercedes AMG"nin Müşahidə Şurasının sədri kimi fəaliyyət göstərib.