DÜNYA » SİYASƏT
10 May 2019, 12:19 (GMT +4)

Trampın kənarlaşdırılması üçün 10 milyon amerikalının imzası toplanıb

Bakı, 10 may, SalamNews, B.Samid. ABŞ prezidenti Donald Trampın impiçment prosedurunu həyata keçirmək üçün 10 milyondan çox insan təyin edilmiş vəsiqəyə imza atıb.

SalamNews RT.Arabic-ə istinadla xəbər verir ki, ABŞ Nümayəndələr palatasının iki üzvü Rəşid Tlaib və Al Qrin liberal içtimai təşkilatlar koalisiyasına qoşularaq 10 milyon imzanın atıldığı sənədi Konqresə təqdim ediblər.

Bu içtimai təşkilatlar ötən gün mitinq keçiriblər. Demokrat konqresmenlərin də qatıldığı bu mitinq zamanı ABŞ prezidenti Donald Trampın kənarlaşdırılması tələb olunub.

Qeyd edək ki, ABŞ nümayəndələr palatasında demokratlar çoxluq təşkil etsə də prezidentin kənarlaşdılması məsələsi Tramp tərəfdarlarının kifayət qədər olduğu Senat çərçivəsində həll edilməlidir.