DÜNYA » DİN
09 May 2019, 11:27 (GMT +4)

Avstriya məktəblərində hicab qadağan edilib

Bakı, 9 may, SalamNews. Avstriya parlamenti, orta məktəblərdə hicabın qadağan edilməsi ilə bağlı ultra-sağ hökuməti tərəfindən hazırlanan qanun layihəsini qəbul edib. SalamNews-un "Anadolu"ya istinadən xəbər verir ki, qanun layihəsi səs çoxluğu ilə qəbul edilib.

Müxalifət Sosial Demokrat Partiyası (SPÖ) və Yeni Avstriya Partiyası (NEOS) qanun layihəsinin əleyhinə səs verib. Bu səbəbdən sənəd "sadə qanun" kimi qeydiyyat keçib və onun  ləğvi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət etmək olar.

Baş nazir Sebastyan Kurtsun  başçılıq edən Avstriya hökuməti, qanun layihəsini artıq üçüncü dəfə parlamentin müzakirəsinə təqdim edəcək.

Sənədin mətnində bildirilir ki, 10 yaşınadək ibtidai məktəb şagirdlərinə dini geyimlər qadağandır.