DÜNYA » SİYASƏT
02 May 2019, 10:57 (GMT +4)

Maduro: Venesueladakı dövlət çevrilişinə cəhdin arxasında Vaşinqton dayanıb

Bakı, 2 may, SalamNews. Venesuelada dövlət çevrilişinə cəhd Ağ Evdən idarə edilirdi. SalamNews xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Venesuela prezidenti Nikolas Maduro, Karakasa təşkil edilən  mitinqdə deyib.

"Avropa qəzetlərinin biri yazır ki, ABŞ prezidenti Donald Tramp və onun milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton bütün çevriliş əməliyyatlnl koordinasiya edib. Karakasdakı dövlət çevrilişi cəhdinə Ağ Evdən şəxsən Bolton özü nəzarət edirdi", Bolivar respublikasının rəhbəri bildirib.

Mitinq iştirakçılarına səslənən Maduro, ölkədə hərbi çevrilişə cəhdin qarşısının alındığını  bəyan edib.

"Onlar Huqo Çavezi devirə bilmədilər, bizi də devirə bilməyəcəklər", Maduro deyib.