DÜNYA » SİYASƏT
01 May 2019, 14:10 (GMT +4)

Maduro: Çevriliş cəhdində iştirak edənlər cəzalandırılacaq

Bakı, 1 may, SalamNews. Venesuela prezidenti Nikolas Maduro dövlət çevrilişində iştirak edənlərin cəzalandırılacağını bildirib.

SalamNews xarici mətbuata istinadən xəbər verir ki, çevriliş cəhdindən sonra ilk televiziya müraciətində Maduro bildirib ki, aprelin 30-dakı qeyri-qanuni hadisələri araşdırmaq üçün Baş Prokurorluğa təlimat verib.

"Hazırda 3 prokuror çevriliş cəhdində iştirak edənlərdən ifadə alır", Maduro Karakasdakı prezident sarayından verdiyi açıqlamada deyib.