AZƏRBAYCAN » AVTOİDMAN
27 Aprel 2019, 16:25 (GMT +4)

Formula 1: "Ferrari"nin pilotu üçüncü sərbəst yürüşün də qalibi olub

Bakı, 27 aprel, SalamNews.“Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisində üçüncü - sonuncu sərbəst yürüş başa çatıb.

SalamNews-un məlumatına görə, ən yaxşı göstəriciyə “Ferrari”nin pilotu Şarl Lekler imza atıb - 1:41.604. Onun komanda yoldaşı Sebastyan Fettel isə ikinci olub (+ 0,198).

Qeyd edək ki, saat 17:00-da sıralama turu start götürəcək. İlk sərbəst yürüş qəza səbəbindən yarımçıq dayandırılıb. İkincidə də "Ferrari"dən Şarl Lekler birinci, onun komanda yoldaşı Sebastyan Fettel ikinci yeri tutub. “Mercedes”dən Luis Hamilton isə üçüncü sıra ilə kifayətlənib.

Xatırladaq ki, əsas yarış aprelin 28-də keçiriləcək.