DÜNYA » SİYASƏT
26 Aprel 2019, 09:57 (GMT +4)

Liviya müftisi Səudiyyənin siyasətinə görə müsəlmanları ikinci dəfə həccə getməməyə çağırıb

Bakı, 26 aprel, SalamNews, B.Samid. “Bir dəfə həccə və ya ümrəyə gedən şəxsin ikinci dəfə bu ziyarətlərə getməsi yaxşı deyil. Bu pulu Səudiyyə Ərəbistanına və bu ölkənin hakimiyyətinə yedizdirməkdənsə onu Fələstində müqavimət hərəkatlarına xərcləmək lazımdır.”

SalamNews  Əlcəzirəyə istinadla xəbər verir ki, bunu Liviyanın baş müftisi Şeyx Sadiq əl-Qaryani deyib.

Liviya müftisi bildirib ki, Səudiyyə Ərəbistanı bu pullarla Yəməndə Liviyada və sair bölgələrdə insanları qətlə yetirir və fəsad törədirlər.

Səudiyyə və BƏƏ-ni kəskin şəkildə tənqid edən mufti inanclılardan istəyib ki, ikinci dəfə Səudiyyəyə ziyarətə getməsinlər.

Liviyanın baş müftisi Şeyx Sadiq əl-Qaryani bundan öncə çıxışlarının birində deyib:

“Bu iki dövlət islam ümmətinə xəyanət ediblər. Onlar sionistlərin düşmənlərilə döyüşürlər. Bu iki dövlətin pulu yəmənliləri və liviyalıları qətlə yetirir.”