MDB ÖLKƏLƏRİ » İQTİSADİYYAT
23 Aprel 2019, 14:09 (GMT +4)

Belarus Rusiyaya neftinə alternativi tapmağı planlaşdırır

Bakı, 23 aprel, SalamNews. 2019-cu ilin sonuna qədər Belarus, Rusiya neftinə alternativ tapmağı planlaşdırır. SalamNews "TASS"a istinadən xəbər verir ki, bunu Belarus Neft Şirkətinin (BNK) rəhbəri Sergey Qrib bildirib.

"Biz bu il tədarükə başlamağı ümid edirik", deyə Qrib bildirib.

Onun sözlərinə görə, "əlavə gəlirdə" maraqlı olan Ukrayna və Baltikyanı ölkələrin limanlarından tədürük prioritet variant kimi qəbul edilir.