AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA
23 Aprel 2019, 12:05 (GMT +4)

ADNSU, BP və “British Council” arasında müqavilə imzalanıb

Bakı, 23 aprel, SalamNews.Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə BP şirkəti və “British Council” təşkilatı arasında müqavilə imzalanıb.

SalamNews xəbər verir ki, sənədi ADNSU-nun rektoru, professor Mustafa Babanlı, BP-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli və “British Council” təşkilatının Azərbaycan üzrə direktoru Samr Şah imzalayıblar.

Sənədə əsasən universitetin 90 nəfər müəlliminə və 200 tələbəsinə intensiv ingilis dili təlimi keçiriləcək. Razılaşmaya əsasən, mayın 1-dən başlanacaq təlimlər iyul-avqust ayları istisna olmaqla dekabrın 31-dək davam edəcək.

Təlimlər həftədə 3 dəfə 2 tədris saatı keçiriləcək. Layihənin dəyəri 193 min manatdır.