RUSİYA » İQTİSADİYYAT
17 Aprel 2019, 15:44 (GMT +4)

"Mercedes" Rusiyadan 762 avtomobili geri çağırıb

Bakı, 17 aprel, SalamNews. "Mercedes" Rusiyaya satılan 762 avtomobili təcili çağırış sistemi və təhlükəsizlik yastıqlarında yarana biləcək problemlərlə əlaqədar geri çağırır.

Bu barədə "Rosstandart" saytında xəbər verilir.

SalamNews "RİA Novosti"yə istinadən xəbər verir ki, 2018-ci ilin yanvar-dekabr aylarında istehsal edilən 739 Mercedes-Benz X-CLASS (470) avtomobili geri çağırılıb.