RUSİYA » HADİSƏLƏR
15 Aprel 2019, 14:35 (GMT +4)

Rusiyada ağır yol qəzasında 5 nəfər ölüb

Bakı, 15 aprel, SalamNews. Rusiyada Penzenski əyalətinin Simbuxova kəndində baş verən yol qəzasında beş nəfər həlak olub.

Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Penzsenki vilayəti üzrə idarəsi məlumat verib.

SalamNews Lenta.ru-ya istinadən xəbər verir ki, hadisə M5 "Ural" magistral yolunda baş verib.  "Lada Largus" markalı minik avtomobili əks istiqamətdə hərəkət edən yük maşını ilə toqquşub.

"Lada Largus"un sürücüsü və dörd sərnişin hadisə yerindəcə ölüb.

Qəza ilə bağlı araşdırma aparılır.