AZƏRBAYCAN » MEDİA
15 Aprel 2019, 10:41 (GMT +4)

"Faktxəbər" 10 yaşını qeyd edir

Bakı, 15 aprel, SalamNews. "FaktXeber.com" internet-qəzetinin yaranmasının 10 yaşı tamam olub.

SalamNews-un məlumatına görə, internet-qəzet Azərbaycan mediasında öz dəsti-xətti ilə seçilir.

Təqdim edilən xəbərlər sırf oxucunun marağı üçün yayımlanır. "Faktxəbər" bütün hadisələrə dəqiq və qərəzsiz mövqe göstərməklə hər kəsə eyni məsafədə dayanır. İqtidar nümayəndəsinin rəsmi açıqlaması da işıqlandırılır, müxalifət nümayəndəsinin bəyanatı da. İndiyə kimi hər hansı bir müsahibin fikirləri təhrif olunmayıb, oxucuya yanlış xəbər çatdırılmayıb.

SalamNews kollektivi adından həmkərlarımızı təbrik edir, xəbər bolluğu arzu edirik.