RUSİYA » CƏMİYYƏT
10 Aprel 2019, 17:08 (GMT +4)

Rusiyada FTX-nin keçmiş zabiti dövlətə xəyanətə görə azadlıqdan məhrum edilib

Bakı, 10 aprel, SalamNews. Moskva Rayon Hərbi Məhkəməsi (MOVS) Federal Təhlükəsizlik Xidmətinin (FTX) keçmiş zabiti Dmitri Dokuçayevi dövlətə xəyanətə görə 6 il müddətinə azadlıqdan məhrum edib.

SalamNews "RİA Novosti"yə istinadən xəbər verir ki, məhkəmə iclası mətbuata bağlı həyata keçirilib.

Məhkəmənin mətbuat katibinin sözlərinə görə, məhkəmə işi xüsusi qaydada baş tutub. Bu, təqsirləndirilən şəxsin sübutlar araşdırılmadan günahını etiraf etməsini nəzərdə tutur.

Dokuçayev xüsusi xidmətin informasiya təhlükəsizliyi mərkəzinin rəhbəri Sergey Mixaylovun müavini olub. S.Mixaylov ötən ilin fevralında 22 il müddətinə azadlıqdan məhrum olunub.