RUSİYA » SİYASƏT
02 Aprel 2019, 13:02 (GMT +4)

RF Müdafiə Nazirliyinin keçmiş zabiti İŞİD-ə qoşumaqda təqsirli bilinərək 19 il müddətinə azadlıqdan məhrum edilib

Bakı, 2 aprel, SalamNews. Rostov vilayətindəki Şimali Qafqaz Bölgəsi Hərbi Məhkəməsi Rusiya Müdafiə Nazirliyinin keçmiş zabiti Denis Xisamovu İŞİD terror təşkilatına qatılmaq cinayəti üzrə təqsirli bilərək ciddi rejimli cəzaçəkmə müəssəsində 19 illik həbs müddətinə məhkum edib. Bu barədə SalamNews TASS-a istinadən xəbər verir.

Agentliyin məlumatına görə, cinayət işi Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Krasnodar ərazisi üzrə bölməsinin əməkdaşları açılmış və araşdırılmışdı. Həmçinin istintaqın bütün mərhələlərində qurum əməkdaşları tərəfindən operativ şəkildə dəstək verilmişdir.