DÜNYA » SİYASƏT
29 Mart 2019, 15:22 (GMT +4)

Ərəb Dövlətləri Liqası Suriya hökumətini Tunis toplantısına dəvət etməyib

Bakı, 29 mart , SalamNews, B.Samid. Ötən il bəzi ərəb dövlətlərinin Dəməşqdə səfirliyini açamasından sonra Suriya hökumətinin Ərəb Dövlətləri Liqasına dəvət edilməsi məsələsi gündəmə gəlmişdi. Lakin Suriya hökuməti Ərəb Dövlətləri Liqasının cari ayın sonunda Tunisdə keçiriləcək toplantısına da dəvət edilməyib.

SalamNews əl-Aləm telekanalına istinadla xəbər verir ki, Suriya hökumətinin ƏDL-in Tunis zirvə toplantısına dəvət edilməməsi qətiləşib.

Rəsmi Dəməşq bundan öncə ƏDL-in Livanda keçirilən zirvə toplantısına da dəvət edilməmişdi. Həmin zirvə toplantısında İraq, Əlcəzair, Livan və Sudan nümayəndələri Suriyanın ƏDL-ə çağırılmasını istəmişdilər.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliyi və Bəhreyn ötən il Dəməqşdəki səfirliklərini açıblar. Sudan prezidenti Ömər əl-Bəşir də ilk ərəb prezidenti kimi ötən il Dəməşqə səfər edərək, qarşılıqlı əlaqələri, habelə Suriyanın ərəb liqasına qayıtmasını müzakirə etmişdi. Bəzi ekspertlər bu prossləri rəsmi Dəməşqin ƏDL-ə qayıtmasının başlanğıcı kimi qələmə vermişdilər.