QAFQAZ » DİN
27 Mart 2019, 11:16 (GMT +4)

Gürcüstan azərbaycanlıları Rusiyada ibadət mərkəzi açıblar (FOTO)

Bakı, 27 mart, SalamNews. Gürcüstan azərbaycanlılarının Moskvada yeni istifadəyə verilən Hüseyniyyənin açılışı olub.

Bu barədə SalamNews-a Gürcüstan Müsəlmanları İdarəsindən məlumat verilib.

Bildirilib ki,  Gürcüstan azərbaycanlılarından ibarət Dini İcma Maskvada yaşayan soydaşlarımız üçün ibadət və dini mərasimlərin keçirilməsi məqsədi ilə bu Hüseyniyyəni açıblar.

Qeyd edək ki, uzun müddət öncə 9 nəfərdən ibarət İcma üzvləri dini İcmanın təsisi və qeydiyyatı ilə bağlı rəsmi aidiyyatı qurumlara müraciət etmişdilər.

Rəsmi icazə ilə fəaliyyətə başlayan Hüseyniyyə 150 nəfərin ibadət etməsi üçün ən yüksək şəraitə malikdir. 100 nəfərə yaxın Gürcüstan azərbaycanlılarının ianələri hesabına maliyyələşən İcmanın ibadət üçün məscidi, yeməkxanası və kitabxanası da mövcuddur.