MDB ÖLKƏLƏRİ » HADİSƏLƏR
19 Mart 2019, 11:10 (GMT +4)

Qazaxıstanda 40-dan çox məktəbli qazdan zəhərlənib

Bakı, 19 mart, SalamNews. Qazaxıstanın Şımkent şəhərində 45 nəfər təbii qazdan zəhərlənib, onlardan 41-i məktəblidir.

SalamNews "İnterfax"a  istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın baş dövlət sanitar həkimi Jandarbek Bekşin məlumat verib.

"Dünən Şımkentdə şəhər xəstəxanasına zəhərlənmə əlamətləri olan məktəblilər yerləşdirilib. İlk saatlarda 30 nəfər gəldi, onlardan ikisi orta yaşlı insanlar idi. Daha sonra digərləri gəldi. Ümumilikdə 41 məktəbli olmaqla 45 nəfər müraciət edib", - Bekşin Astanada jurnalistlərə bildirib.