AZƏRBAYCAN » İDMAN
04 Mart 2019, 09:31 (GMT +4)

Azərbaycan atleti Nazim Babayev Avropa çempionu olub

Bakı, 4 mart, SalamNews. Azərbaycanlı idmançı Nazim Babayev Şotlandiyanın paytaxtı Qlazqoda keçirilən atletika üzrə 35-ci qış Avropa çempionatında üçtəkanla tullanmada ən yaxşı nəticə göstərərək qızıl medal qazanıb.

Azərbaycan Atletika Federasiyasından SalamNews-a bildirilib ki, yarışın son günündə N.Babayev dördüncü cəhddə 17,29 metr nəticə göstərərək Avropa çempionu adına layiq görülüb. Atletimiz bu nəticə ilə həm də öz şəxsi rekordunu yeniləyib.

Təəssüflər olsun ki, digər idmançımız Zəkiyyə Həsənova martın 2-də 60 metr məsafəyə qaçış yarışında rəqiblərinə məğlub olub.

Azərbaycanlı atletlər federasiyanın baş katibi Məhərrəm Sultanzadənin rəhbərliyi ilə mübarizə aparırlar.

Qeyd edək ki, bu il 35-ci dəfə təşkil olunan qış Avropa çempionatı ilk dəfə 1970-ci ildə keçirilib. “Qlazqo 2019”da qitənin 50 ölkəsindən 600-dən çox atlet mübarizə aparır. Çempionata martın 3-də yekun vurulacaq.