DÜNYA » İDMAN
02 Mart 2019, 13:30 (GMT +4)

Zlatan İbrahimoviç komandasının kapitanı olub

Bakı, 2 mart, SalamNews, S.Vaqifoğlu. "Los-Anceles Qelaksi" klubunun yeni mövsümdəki kapitanı müəyyənləşib.

SalamNews-un xarici mətbuata istinadən verdiyi xəbərə görə, sarğı Zlatan İbrahimoviçə həvalə olunub. Bundan sonra komandanı meydana kapitan kimi məhz isveçli hücumçu çıxaracaq.

Qeyd edək ki, İbrahimoviç ötən ilin qışında "Mançester Yunayted"dən MLS təmsilçisinə keçib.