DÜNYA » İDMAN
28 Fevral 2019, 14:53 (GMT +4)

Şenol Günəş Türkiyə millisinə baş məşqçi təyin olunub

Bakı, 28 fevral, SalamNews, S.Vaqifoğlu. "Beşiktaş"ın çalışdırıcısı Şenol Günəş Türkiyə millisinin baş məşqçisi təyin olunub.

SalamNews-un Türkiyə Futbol Federasiyasının saytına istinadən verdiyi xəbərə görə, 66 yaşlı mütəxəssislə 4 illik müqavilə imzalanıb. O, bu vəzifədə istefaya göndərilən Mirça Luçeskunu əvəzləyib.

Ş.Günəşin müqaviləsin bu ilin iyunundan qüvvəyə minəcəyi bildirilib.