DÜNYA » İDMAN
27 Fevral 2019, 15:46 (GMT +4)

UEFA “Real” Madrid klubunun futbolçusunu cəzalandıra bilər

Bakı, 27 fevral, SalamNews, S.Vaqifoğlu. UEFA “Real”ın kapitanı Serxio Ramosa cəza verə bilər.

SalamNews-un verdiyi xəbərə görə, bu barədə qurumun rəsmi saytında məlumat yer alıb.

Buna səbəb 32 yaşlı müdafiəçinin Çempionlar Liqasının 1/8 final mərhələsinin “Ayaks”la ilk oyununda (2:1) bilərəkdən sarı vərəqə alması olub. O, 89-cu dəqiqədə gördüyü sarı vərəqə ilə cəzalı duruma düşərək cavab oyununu buraxıb.

Hazırda davam edən araşdırmanın nəticəsi sabah – 28 fevralda açıqlanacaq. İspaniya millisinin üzvünün əlavə bir oyunluq cəza alacağı gözlənilir.

Qeyd edək ki, 2017-ci ildə “Real”ın “Apoel”i 6:0 məğlub etdiyi oyunda Madrid təmsilçisinin üzvü Dani Karvaxal bilərəkdən sarı vərəqə aldığı üçün əlavə bir oyun cəza almışdı.