DÜNYA » MƏDƏNİYYƏT
25 Fevral 2019, 11:02 (GMT +4)

Oskar mükafatının 91-ci təqdimetmə mərasimi keçirilib

Bakı, 25 fevral, SalamNews. ABŞ-ın Los-Anceles şəhərindəki “Dolbi” teatrında Oskar mükafatının 91-ci təqdimetmə mərasimi keçirilib.

SalamNews xəbər verir ki, rejissor Piter Farellinin “Yaşıl kitab” filmi “Ən yaxşı film” kateqoriyasında Oskar mükafatına layiq görülüb.

“Ən yaxşı aktyor” adını “Bohemia rapsodiyası” filmində rok-ulduz Freddi Merkurini canlandıran Rami Malik qazanıb.

“Ən yaxşı aktrisa” mükafatına isə “Favorit qadın” filmində baş rol oynayan Olivia Kolman layiq görülüb.

“Xarici dildə ən yaxşı film” 70-ci illərdə Meksikada yaşayan sadə ailənin həyatından bəhs edən “Roma” filmi seçilib.