AZƏRBAYCAN » İDMAN
22 Fevral 2019, 16:24 (GMT +4)

Azərbaycan Gimnastika Federasiyası ilin ən yaxşı federasiyası seçilib

Bakı, 22 fevral, SalamNews. Azərbaycan Gimnastika Federasiyası (AGF) 2018-ci ilin yekunlarına əsasən, Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən ilin ən yaxşı federasiyası seçilib.

AGF-dən SalamNews-a verilən məlumata görə, Federasiya ardıcıl ikinci dəfə il ən yaxşısı adına layiq görülüb.

Qeyd edək ki, özündə 148 federasiyanı birləşdirən FIG-nin reytinq siyahısında Azərbaycan Gimnastika Federasiyası stabil olaraq 2014, 2015 və 2016-cı illərdə 10 ən güclü federasiyaların sırasında, 2017-ci ildə isə ilk pillədə qərarlaşıb.