AZƏRBAYCAN » İQTİSADİYYAT
19 Fevral 2019, 15:21 (GMT +4)

DSK: Yanvarda hava nəqliyyatı ilə 163 mindən çox sərnişin daşınıb

Bakı, 19 fevral, SalamNews.Ötən ay hava nəqliyyatı ilə 163 min 200 və ya 2018-ci ilin yanvarı ilə müqayisədə 3,8 faiz az sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən SalamNews-a bildirilib ki, daşımaların 99,9 faizi dövlət, 0,1 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.