AZƏRBAYCAN » İDMAN
19 Fevral 2019, 12:06 (GMT +4)

Futbol üzrə Azərbaycan millisi yoxlama oyunu keçirəcək

Bakı, 19 fevral, SalamNews.Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq görüşündə qüvvəsini sınayacaq. 

SalamNews AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv Litva kollektivi ilə üz-üzə gələcək. 

Martın 25-də “Bakcell Arena”da təşkil olunacaq görüş saat 18:00-da başlayacaq.