AZƏRBAYCAN » İDMAN
16 Fevral 2019, 16:22 (GMT +4)

Nigariyalı hücumçu yenidən Azərbaycan klubuna transfer olunub

Bakı, 16 fevral, SalamNews, S.Vaqifoğlu. "Səbail" heyətini yeni futbolçu ilə gücləndirib.

SalamNews-un klubun rəsmi "Facebook" səhifəsinə istinadən verdiyi xəbərə görə, paytaxt təmsilçisi nigeriyalı hücumçu Oke Akpovetanın keçidini həll edib. 27 yaşlı futbolçu ilə bu mövsümün sonuna (mayın 31-dək) kimi müqavilə imzalanıb.

Qeyd edək ki, 2014-cü ildə "Rəvan"ın formasını geyinən Okenin son klubu İsveç "Eskilstuna"sı olub. Afrikalı hücumçu əvvəllər Nigeriyanın "Varri Volves", Danimarkanın "Bröndbi", "Bronşoy", "Linqbi", İsveçin "Fre", "Dalkurd" və "Helsinqborq" klublarında çıxış edib.