AZƏRBAYCAN » İDMAN
13 Fevral 2019, 17:18 (GMT +4)

AFFA-nın baş katibi UEFA-nın nümayəndələri ilə görüşüb

Bakı, 13 fevral, SalamNews.Xəbər verdiyimiz kimi, UEFA Avropa Liqası turnirinin 2019-cu ildə Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununa hazırlıq çərçivəsində UEFA nümayəndələrinin Bakıya sonuncu – beşinci işgüzar səfəri başlayıb.

SalamNews AFFA-ya istinadla xəbər verir ki, fevralın 15-dək davam edəcək səfər proqramında UEFA-nın 57 nəfərdən ibarət işçi heyəti stadion, mobillik, fan zona, mehmanxanalar, könüllülük, təhlükəsizlik, marketinq, media və sair məsələlərlə bağlı görüşlər keçirir.

AFFA-nın baş katibi Elxan Məmmədov Bakı Olimpiya Stadionunda təşkil olunmuş görüşlərdə iştirak edib, qeyd olunan məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.