AZƏRBAYCAN » İQTİSADİYYAT
08 Fevral 2019, 09:01 (GMT +4)

DSK: Ötən il balıqçılar tərəfindən kvota üçün 84,8 min manat ödənilib

Bakı, 8 fevral, SalamNews. Balıq ehtiyatlarının mühafizəsi və ondan səmərəli istifadənin təmin olunmasında balıq ovunun tənzimlənməsi xüsusi əhəmiyyətə malikdir.

Bu barədə SalamNews-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Balıq və digər su bioloji resurslarından istifadə qaydalarına müvafiq olaraq, ölkədə 2018-ci ildə 194 hüquqi və fiziki şəxsə balıq ovu üçün verilmiş 1707,1 ton kvotaya qarşı 1614,1 ton və ya 2017-ci illə müqayisədə 67,3 faiz çox balıq ovlanmışdır. Ovlanmış balığın 1072,9 tonu kilkə, 112,4 tonu kütüm, 85,4 tonu kefal, 82,3 tonu siyənək, 69,4 tonu külmə, 54,7 tonu çapaq, 48,2 tonu çəki, 30,7 tonu dabanbalığı, 21,2 tonu sıf, 13,6 tonu şamayı, 5,0 tonu naxa, 3,1 tonu xəşəm, 15,2 tonu digər balıq növlərinin payına düşmüşdür.

Ötən il balıqçılar tərəfindən kvota üçün 84,8 min manat ödənilib.