AZƏRBAYCAN » İDMAN
06 Fevral 2019, 14:43 (GMT +4)

Azərbaycanlı paralimpiyaçılar pauerliftinq üzrə dünya kubokuna yollanıblar

Bakı, 6 fevral, SalamNews. Azərbaycanlı paralimpiyaçılar Pauerliftinq üzrə Dünya kubokuyarışlarında iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinə yola düşüblər. 

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsindən SalamNews-a verilən məlumata görə, yarışlar6-13 fevral tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək.Dünya kuboku yarışları “Tokio 2020” yay paralimpiya oyunlarına lisenziya xalı qazandırır.
Yarışlarda Azərbaycanı idmançılar Şamo Aslanov, Nurlan Babacanovvə Pərvin Məmmədov olmaqla 3 nəfər təmsil edir.

Yarışa yola düşməzdən öncə idmançılarla komitədə görüş keçirilib. İdmançıların fiziki və psixoloji hazırlığının yüksək olduğu qeyd olunub.