DÜNYA » İDMAN
05 Fevral 2019, 18:08 (GMT +4)

Joze Mourinyo 1 illik həbs cəsası alıb

Bakı, 5 fevral, SalamNews. Portuqaliyalı futbol mütəxəssisi  Joze Mourinyo 1 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə The Guardian xəbər verir.

SalamNews "İnterfax"a istinadən xəbər verir ki, o, vergidən yayınmada ittiham edilərək  həmçinin  1,9 milyon avro cərimələnib.

Mourinyo yazılı şəkildə 2010-cu ildən 2013-cü ilədək "Real Madrid"də baş məşqçi işlədiyi zamanlar  təxminən 3,3 milyon avro  məbləğində vergini dövlət büdcəsindən yayındırdığını etraf edib.