![]() |
AZƏRBAYCAN » İDMAN |
![]() Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verilib Bakı, 5 fevral, SalamNews. Gənclər və İdman Nazirliyinin və Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə Azərbaycan çempionatına start verilib. Federasiyadan SalamNews-a verilən məlumata görə, şəxsi və komanda xarakteri daşıyan çempionatda Azərbaycanın şəhər və rayonlarından 100-dək idmançı iştirak edir. Çempionata fevralın 8-də yekun vurulacaq, qaliblərə diplom və mükafatlar təqdim ediləcək. |