RUSİYA » MƏDƏNİYYƏT
02 Fevral 2019, 12:23 (GMT +4)

Rusiyanın əməkdar artisti Valentina Berezutskaya bu gün dəfn ediləcək

Bakı, 2 fevral, SalamNews. Sovet və Rusiya aktrisası, Rusiyanın əməkdar artisti Valentina Berezutskaya 86 yaşında dünyasını dəyişib.

SalamNews-un verdiyi məlumata görə, aktrisa Azərbaycan tamaşaçısına daha çox "I əməliyyatı və Şurikin digər macəraları" filmindən (1965) tanışdır. O həmçinin "Durnalar uçur" (1957), "Əsgər haqqında ballada" (1959), "Pokrovskie qapıları" (1982), "Qarı nənələr" (2003), "Gündüz gözətçisi" (2006), "Əlahəzrətin adyutantı" və s. ekran əsərlərində rol alıb.

Aktrisanın yanvarın 31-i ürək tutmasından öz evində keçindiyi bildirilir.

Aktrisa Moskvadakı Xovansk qəbirstanlığında dəfn ediləcək.