DÜNYA » SİYASƏT
16 Yanvar 2019, 15:29 (GMT +4)

İranın orbitə çıxara bilmədiyi süni peyk Hind okeanına düşüb

Tehran, 16 yanvar, SalamNews. H.Rəhimi. S.Bağırov. Ötən gün orbitə buraxılması nəzərdə tutulan “Peyam” süni peyki son mərhələdə müvəffəqiyyətli olmadığından yerə Hind okeanına düşüb.

SalamNews –un Tehran müxbirinin məlumatına görə bu barədə İranın Əmir-Kəbir universitetinin rəhbəri Əhməd Mötəmidi xəbər verib.

Ötən gün orbitə atılan süni peykin işinin müvəffəqiyyətlə başa çatmamasını deyən iranlı alim bildirib ki bu süni peyk sonda yerə enərək, Hind okeanına düşüb.

O əməliyyatın müvəffəqiyyətli olmamasının səbəbi olaraq bildirib ki, peykin yer kürəsinin 500 km-lik məsafəsinə buraxılması düzgün atışla həyata keçirilməyib.

“Süni peyki aparan raket sürətini düzgün götürməyib və peykə verməli oduğu sürətdə problemlə üzləşib.” deyə Əmir-Kəbir universitetinin rəhbəri problemin yanacaqdan da ola biləcəyini bildirib.

O əlavə edib ki, İran bu işdən sonra “Peyam-2” süni peykinin istehsalına başlayıb.