QAFQAZ » İQTİSADİYYAT
13 Dekabr 2018, 14:21 (GMT +4)

Gələn ildən Ermənistanda təbii qazın qiyməti bahalaşacaq

Bakı, 13 dekabr, SalamNews. Rusiya Ermənistana satdığı qazın qiymətini  2019-cu il yanvarın 1-dən bahalaşdıracaq.

SalamNews erməni KİV-lərinə isitnadən xəbər verir ki, hazırda Rusiya ilə Ermənistan arasında təbii qazın qiymətinin aşağı salınmasına dair danışıqlar aparılmır.

Məlumata əsasən, Rusiya ilə qaz tarifi barədə müqavilə 2018-ci il dekabrın 31-də başa çatır.