AZƏRBAYCAN » İQTİSADİYYAT
07 Dekabr 2018, 17:25 (GMT +4)

"Dövlət Aqrar Ticarət Şirkəti" MMC-nin təşkil edəcəyi bayram yarmarkasının tarixi açıqlanıb

Bakı, 7 dekabr, SalamNewsKənd Təsərrüfatı Nazirliyi yanında "Dövlət Aqrar Ticarət Şirkəti" MMC-nin təşkil edəcəyi bayram yarmarkasının tarixi açıqlanıb. 

Bu barədə SalamNews-a şirkətin mətbuat katibi Mayis Musayev məlumat verib. 

Onun sözlərinə görə, yarmarka dekabrın 21-30-da, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 154 ünvanında keçiriləcək. 

"Yarmarkanı 5 gün müddətində keçirməyi nəzərdə tutmuşduq. Ancaq istəyin çox olduğunu nəzərə alaraq yarmarkanın vaxtını uzatdıq”, - o qeyd edib.