MDB ÖLKƏLƏRİ » MƏDƏNİYYƏT
14 Noyabr 2018, 15:14 (GMT +4)

Qazaxıstanda latın əlifbası ilə ümumrespublika imlası yazdırılıb

Bakı, 14 noyabr, SalamNews. Qazaxıstanda Mədəniyyət və İdman Nazirliyinin təşəbbüsü ilə Latın əlifbasında ilk ümumrespublika imlası yazdırılıb.  

SalamNews "Anadolu" agentliyinə istinadən xəbər verir ki, tədbir Qazaxıstanın bütün şəhərlərində keçirilib. "Mənəvi modernləşmə" mövzusuna həsr edilmiş imlanı 1,5 milyon insan yazıb.  

İmlanın yazılması prosesi eyni vaxtda xüsusi təyin edilmiş kitabxanalar və təhsil müəssisələrində keçirilib.  

Təsdiq edilmiş imlanın mətni 80 sözdən ibarət olub, yazılma müddəti 30 dəqiqə davam edib.

İmlanın mətni radioda yayımlanıb, buna görə xüsusi auditoriyalara gəlmək imkanı olmayan insanlar səs yazısını  dinlədikdən sonra onu yazıb.