MDB ÖLKƏLƏRİ » İQTİSADİYYAT
06 Noyabr 2018, 16:35 (GMT +4)

Qazaxıstan və Estoniya qarşılıqlı əməkdaşlığı müzakirə edib

Bakı, 6 noyabr, SalamNewsQazaxıstan prezidenti Nursultan Nazarbayev ölkədə rəsmi səfərdə olan Estoniya Baş naziri Yuri Ratası qəbul edib.

SalamNews-un "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, tərəflər rəqəmsal sahədə və innovasiya texnologiyaları sahəsində əməkdaşlığın gücləndirilməsi perspektivlərini müzakirə ediblər, həmçinin ticarət-iqtisadi əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi də aparıblar.

Nazarbayev, Estoniyanın rəqəmsal texnologiyalar sahəsində zəngin təcrübəsindən danışıb.

Dövlət başçısı eyni zamanda iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsinin vacibliyini vurğulayıb.