AZƏRBAYCAN » CƏMİYYƏT
26 Oktyabr 2018, 10:09 (GMT +4)

ETSN: Badamdar sürüşmə zonasında gərginlik qalmaqdadır

Bakı, 26 oktyabr, SalamNewsBadamdar sürüşmə zonasında monitorinqlərin nəticəsinə əsasən gərginlik qalmaqdadır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan SalamNews-a verilən məlumata görə, saat 10:00-a olan monitorinqlərin nəticəsinə əsasən sürüşmə sahəsindəki süxur kütlələrinin yerdəyişməsi qeydə alınıb.

Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik müşahidə olunmayıb.