AZƏRBAYCAN » CƏMİYYƏT
19 Oktyabr 2018, 09:11 (GMT +4)

Qərargah: Badamdar sürüşmə zonasında vəziyyət stabilləşməyə doğru gedir

Bakı, 19 oktyabr, SalamNews. Badamdar sürüşmə zonasında saat 09:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə ciddi dəyişiklik qeydə alınmayıb.

Bu barədə SalamNews-a Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan məlumat verilib.

Məlumata görə, yuxarı evlərin divarlarına qoyulmuş mayaklarda dəyişiklik yoxdur: "Vəziyyət stabilləşməyə doğru gedir".