AZƏRBAYCAN » CƏMİYYƏT
15 Oktyabr 2018, 15:29 (GMT +4)

Hacıbala Abutalıbov: ETSN, FHN və Azərsu-ya göstərişlər verilib

Bakı, 15 oktyabr, SalamNews, K.Orxan. Badamdarda sürüşmə zonasında yerləşən 11 ev söküləcək. Hazırda ərazidə gərginlik davam edir. 11 evin divarlarında çatlar əmələ gəlib. Gərginlik azaldıqdan sonra həmin ərazidə olan 11 ev söküləcək.

SalamNews-un xəbərinə görə, bunu baş nazirin müavini Hacıbala Abutalıbov bu gün jurnalistlərə açıqlamasında deyib.

H.Abutalıbov bildirib ki, geniş araşdırma aparmaq üçün Yaponiyadan mütəxəsis cəlb edilib. Həmin mütəxəsis sürüşmənin baş vermə səbəbini ətraflı öyrəndikdən sonra müvafiq addımlar atılacaq. İlkin olaraq bütün quyuların suyu analiz ediləcək. Artıq "ETSN", "FHN" və "Azərsu"-ya göstərişlər verilib. Sabah qədər həmin qurumlar analiz edib nəticələri bizə təqdim edəcəklər. Nəticələr həmçinin yapon mütəxəsisinə təqdim olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan verilən məlumata görə sürüşmə zonasında saat 15:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə gərginlik davam edir. Sürüşmə sahəsi üzərində asılı qalmış süxurların xırda hissələrinin yamaca doğru hərəkəti müşahidə olunub. Ərazinin üst hissəsindəki evlərin hasarlarının birində eni 2, hündürlüyü 1 metr olan hissəsində uçqun töküntü prosesi qeydə alınıb.