DÜNYA » HADİSƏLƏR
08 Oktyabr 2018, 10:14 (GMT +4)

Floridanın 26 dairəsində qasırğa səbəbindən fövqəladə vəziyyət elan olunub

Bakı, 8 oktyabr, SalamNewsABŞ-ın Florida ştatında qasırğası ilə əlaqədar  26-da dairədə fövqəladə vəziyyət rejimi elan edib.

SalamNews "vesti.ru"ya istinadən  xəbər verir ki, bu barədə ştatın qubernatoru Rik Skot məlumat yayıb.

Qubernatorun rəsmi saytında verilən məlumata görə, ABŞ Milli Qvardiyasının 500 üzvü yardımın göstərilməsi üçün hazırlıq vəziyyətinə gətirilib.