RUSİYA » İQTİSADİYYAT
03 Oktyabr 2018, 14:03 (GMT +4)

Neftin qiyməti arta bilər - Aleksandr Novak

Bakı, 3 oktyabr, SalamNews. Neftin qiyməti  arta bilər.

SalamNews-un "riafan.ru"ya istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.

Nazirin sözlərinə görə, qiymətin artması neft bazarındakı qeyri-müəyyənliklərlə əlaqədardır:

"Bazar üçün əsas qeyri-müəyyən vəziyyət ABŞ-ın İrana qarşı sanksiyaları ilə bağlıdır. Belə qeyri-müəyyənliklər fundamental xarakter daşımır, ancaq  bazar və qlobal iqtisadiyyatın böyüməsinə  mənfi təsri göstərir".