AZƏRBAYCAN » İDMAN
08 Avqust 2018, 10:33 (GMT +4)

Heydər Əliyev Mərkəzinin parkında həndbol dərsi keçiriləcək

Bakı, 8 avqust, SalamNewsAvqustun 12-də saat 18:00-da Heydər Əliyev Mərkəzinin parkında həndbol dərsi keçiriləcək.

SalamNews xəbər verir ki, dərsi kişi həndbolçulardan ibarət milli komandanın baş məşqçisi Hikmət Abdullayev aparacaq.

Dərsə qatılanların idman geyimində olması tələb edilir. İştirak üçün minimum yaş həddi 7-dir. Təlimdə iştirak ödənişsizdir.