DÜNYA » RAMAZAN
19 May 2018, 03:29 (GMT +4)

Bəndə bilməlidir ki, hikməti verən Allahdır - Ramazanın 3-cü gününün duası

Bakı, 19 may, SalamNews, M.Sadiq. Hədislərdə möminlərin cahil insanlarla həmfikir olması mənfi hal kimi qiymətləndirilir.

SalamNews xəbər verir ki, Ramazan ayının üçüncü gününün münacatında möminlərə cəhalətdən, cahillərdən uzaq olmaq, hikmət və onun sahiblərinə yaxın olmaq tövsiyə edilir. Münacat oxunan zaman bəndə bilməlidir ki, elmi, ayıq-sayıqlığı, hikməti də verən Allahdır, xeyri insana vasil edən yalnız onun Rəbbidir.

Ramazan ayının üçüncü gününün duası belədir:

“Allahummərzuqni fihiz-zihnə vət-tənbih. Və baidni fihi minəs-səfahəti vət-təmvih. Vəc’əl nəsibən min külli xeyrin tunzilu fihi. Bicudikə ya əcvədəl-əcvədin”

Tərcüməsi:

“İlahi, bu gün mənə hüşyarlıq və ayıqlıq ruzisini əta et, məni səfehlik və dərrakəsizlikdən uzaqlaşdır. Bu gün göndərdiyin hər şeydə mənə xeyir nəsib et. Səxavətinə and verirəm, ey səxavətlilərin ən səxavətlisi!”