AZƏRBAYCAN » İDMAN
14 Mart 2018, 17:18 (GMT +4)

Pauerliftinq üzrə Azərbaycan çempionatı başlayır

Bakı, 14 mart, SalamNews. Sabah pauerliftinq üzrə Azərbaycan çempionatı keçiriləcək.

Azərbaycan Pauerliftinq Federasiyasından SalamNews-a verilən məlumata görə, martın 18-ə kimi davam edəcək yarış Xırdalan şəhər AAF park Zirvə idman zalında baş tutacaq.

Çempionatda Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Quba, Mingəçevir, Yevlax, Şamaxı, həmçinin Aran rayonlarından olan 150-ə yaxın idmançı öz gücünü sınayacaq. 

Yarışa 4 qat dünya, 6 qat Avropa, 19 qat Azərbaycan o cümlədən 1 qat beynəlxalq çempionu olan idmançı Elmir Tarverdiyev də qatılacaq.

Məlumat üçün bildirək ki, bu çempionat aprel ayında Moskvada , iyun ayında isə Parisdə pauerliftinq üzrə keçiriləcək beynəlxalq yarışa hazırlıq məqsədi daşıyır.