AZƏRBAYCAN » İQTİSADİYYAT
26 Oktyabr 2017, 11:43 (GMT +4)

Əmanətlərin Sığortalanması Fondu 747 milyon 938 min manatdan çox kompensasiya ödəyib

Bakı, 26 oktaybr, SalamNews. Əmanətlərin Sığortalanması Fondu tərəfindən oktyabrın 17-nə 

ləğv prosesində olan 11 bank üzrə 747 milyon 938 min manatdan çox kompensasiya ödənilib.

Fonddan SalamNews-a bildiriblər ki, "Yunayted Kredit Bank" ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin məbləği 3 milyon 550 min manat olub. Onlardan 3 milyon 230 min manatı qorunan əmanətlər, o cümlədən 2 milyon 99 min manatı kompensasiya olunan əmanətlərdir. Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçilərə, ümumilikdə, 1 milyon 837 min manatdan artıq kompensasiya ödənilib (ümumi kompensasiya öhdəliyinin 87,5 faizi) və 262 min 485 manat ödənilməmiş kompensasiya öhdəliyi qalıb.

Bildirək ki, "Əmanətlərin sığortalanması haqqında" Qanunun 28,4 maddəsinə əsasən, əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiqləyən sənədlər təqdim edildikdə, bu Qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq, bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır.