AZƏRBAYCAN » SİYASƏT
01 Avqust 2017, 15:38 (GMT +4)

Vüqar Abdullayev Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktorunun müavini təyin edilib

Bakı, 1 avqust, SalamNews. Prezident İlham Əliyev Vüqar Rafik oğlu Abdullayevin Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktorunun müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.

SalamNews xəbər verir ki, sərəncamda qeyd olunur ki, Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru təyin olunana qədər həmin vəzifənin icrası Vüqar Rafik oğlu Abdullayevə həvalə edilsin.

Qeyd edək ki, indiyədək Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru vəzifəsini Azad Cavadov tuturdu. Onun səlahiyyət müddəti başa çatıb.